"Bu, mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki rəqib həmyerlim idi"

7 Noyabr 2021 14:00 Boks 346
"Bu, mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi, çünki rəqib həmyerlim idi"

“Dünya çempionatı çox yaxşı keçdi və güclü mübarizə getdi.

Mundialda demək olar ki, bütün favoritlər iştirak edirdi. Bu səbəbdən asan döyüş olmadı”.

Sportinfo.az xəbər verir ki, bunu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında qızıl medal qazanan Azərbaycan boksçusu Alfonso Dominges federasiyanın rəsmi saytına açıqlamasında deyib.

86 kq çəki dərəcəsində çıxış edən idmançı mundialda asan rəqibin olmadığını bildirib:

"Hamısı güclü, ölkəsinin bir nömrəsi sayılan boksçular idi. Hər biri də Belqrada qızıl medal üçün gəlmişdi. Buna görə keçirdiyim bütün döyüşlərə final kimi çıxırdım.

Demək olar ki, hər bir rəqiblə mübarizə gərginliyi ilə yadda qaldı. Amma ən çətin və həyəcanlı görüşümün kubalı Ruis Kordoba ilə keçdiyini deməliyəm.

Yarımfinala təsadüf edən döyüş həm də mənim üçün xüsusi əhəmiyyət kəsb edirdi. Mübarizə apardığım rəqib həmyerlim idi".

Alfonso dünya çempionatında ardıcıl olaraq AİBA bayrağı altında çıxış edən Tavfiqulla Suleymani, rumıniyalı Pol Aradoae, rusiyalı Şarabutdin Atayev, kubalı Ruis Kordoba və braziliyalı Keno Maçadonu məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti