Azərbaycanın dünya çempionu tituluna yiyələnən 5-ci... FOTO

7 Noyabr 2021 01:10 Boks 654
Azərbaycanın dünya çempionu tituluna yiyələnən 5-ci... FOTO

Alfonso Dominqes dünya çempionu tituluna yiyələnən 5-ci Azərbaycan boksçusu olub.

Sportinfo.az xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda qızıl medal qazanan Avropa Oyunlarının qalibinə qədər 4 idmanşı belə uğura imza atıb.

Onlardan Məhəmmədrəsul Məcidov (+91 kq) 3 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla rekordçudur. Boksçu 2011-ci, 2013-cü və 2017-ci illərdə birinci yeri tutub.

Alfonso Dominges Azərbaycanın 5-ci dünya çempionudur

Yığmaya ilk qızıl medalı 2003-cü ildə Banqkokda Ağası Məmmədov (54 kq) qazandırıb. Cavid Çələbiyev (56 kq) 2013-cü ildə, Elvin Məmişzadə (52 kq) isə 2015-ci ildəki mundialda Azərbaycan himnini səsləndirib.

Ümumilikdə 5 çempion 7 qızıl medal əldə edib. Yığma indiyədək dünya çempionatlarında 22 mükafata sahib olub. Onlardan 7-si qızıldırsa, 4-ü gümüş, 11-i bürüncdür.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını da qazanan Alfonso dünya çempionatının finalında finalda braziliyalı Keno Maçadoya qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!