Azərbaycan yığmasının 1 üzvü finalda, 2-si bürünc qazandı

4 Noyabr 2021 23:30 Boks 468
Azərbaycan yığmasının 1 üzvü finalda, 2-si bürünc qazandı

Azərbaycanın daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 71 kq-da yarışan Sərxan Əliyevin rəqibi ukraynalı Yuri Zaxariyev olub.

Qarşılaşmadan 0:5 hesablı məğlubiyyətlə ayrılan Əliyev finala yüksələ bilməyib. O, bürünc medalla kifayətlənib.

Azərbaycan boksçusu Alfonso Dominges də yarımfinal görüşünə çıxıb. 86 kq-da mübarizə aparan idmançı kubalı Ruis Kordoba ilə qarşılaşıb.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Dominges adını finala yazdırıb. O, sabah baş tutacaq həlledici qarşılaşmada braziliyalı Keno Maçadonu sınağa çəkəcək.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə finala gedən yolda ermənistanlı Davit Çaloyana 0:5 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!