Azərbaycan yığması – 3-ü medalı təmin etdi, 1-i uduzdu

3 Noyabr 2021 00:50 Boks 522
Azərbaycan yığması – 3-ü medalı təmin etdi, 1-i uduzdu

Azərbaycanın daha iki boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında 1/4 final görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, əvvəlcə 51 kq-da mübarizə aparan Məsud Yusifzadə tailandlı Tanarat Saenqpetlə qarşılaşıb.

Rəqibinə 0:5 hesabı ilə uduzan idmançı yarışı medalsız başa vurub.

71 kq-da çıxış edən Sərxan Əliyev isə bu raundda ABŞ təmsilçisi Obed Barti-El ilə qüvvəsini sınayıb.

4:1 hesablı qələbə qazanan idmançı adını yarımfinala yazdırıb. Əliyev həlledici görüşə vəsiqə uğrunda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gələcək.

Yarımfinal qarşılaşmaları noyabrın 4-də baş tutacaq. Növbəti 2 gündə isə final görüşləri təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti