Azərbaycanlı qardaşlar dünya çempionatının 1/8 finalında

30 Oktyabr 2021 00:56 Boks 755
Azərbaycanlı qardaşlar dünya çempionatının 1/8 finalında

Azərbaycan boksçusu Sərxan Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, 71 kq çəki dərəcəsində yer alan idmançı şotlandiyalı Stiven Nyuns ilə üz-üzə gəlib.

Görüş S.Əliyevin qələbəsi ilə yekunlaşıb - 5:0.

Onun qardaşı - Tayfur Əliyev də 1/16 final görüşünə çıxıb. 60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub.

Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda