14-cü döyüş, 14-cü qələbə

13 Sentyabr 2021 20:40 Boks 1 049
14-cü döyüş, 14-cü qələbə

Gəncə boks məktəbinin yetirməsi olan Şahlar Nağıyev peşəkar statuslu yarışlarda daha bir uğura imza atıb.

Nağıyev İstanbulda keçirilən Dünya boks kəməri uğrunda qarşılaşmada qələbə qazanıb.

76 kq çəki dərəcəsində döyüşən Şahlar Özbəkistan boksçusu Murot İsmatullayevə qalib gəlib. Bu, gəncəli boksçunun peşəkar rinqdə 14-cü döyüşdə 14-cü qələbəsidir.

7 yaşından boksla məşğul olan Şahlar Nağıyev həvəskarlar arasında dəfələrlə Azərbaycan çempionu olub, Avropa çempionatının bürünc medalını qazanıb. Dünya Kubokunun da mükafatçısı olan boksçumuzun son uğurları peşəkar rinqlə bağlıdır.

Şahlar hazırda peşəkarlar arasında WBCA versiyası üzrə dünya kəmərinin sahibidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti