Azərbaycan yığmasının QALMAQALLI SİMASI karyerasını bitirdi

12 Sentyabr 2021 01:10 Boks 1 517
Azərbaycan yığmasının QALMAQALLI SİMASI karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib.

Sportinffo.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov “Tokio-2020” Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib.

Vitse-prezident boksda Azərbaycanın Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli yığmada çıxışını başa vurduğunu açıqlayıb.

O qeyd edib ki, Avropa Oyunlarında iki dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?