"Azərbaycanda maaşıım normaldır, mənə kifayət edir, anama və qızıma pul göndərirəm"

15 Avqust 2021 17:20 Boks 698
"Azərbaycanda maaşıım normaldır, mənə kifayət edir, anama və qızıma pul göndərirəm"

"Kubada 3-cü boksçu idim. İkinci hesab olunan idmançı yarışlarda məndən daha çox iştirak edirdi.

Halbuki, mən heç vaxt ona uduzmamışdım".

Sportinfo.az xəbər verir ki, bunu Kuba əsilli boksçu Alfonso Dominges "infobae.com" saytına açıqlamasında Azərbaycanı seçməsinin səbəbləri barədə danışarkən deyib.

Dominges 2017-ci ildən Azərbaycan millisində çıxış edir. 81 kq çəki dərəcəsində Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan 26 yaşlı idmançı yoxsul ailədə böyüdüyünü bildirib:

"Onlara dəstək olmalıyam. Azərbaycanda məvacibim normaldır, mənə kifayət edir. Hazırda Kubada yaşayan anama və qızıma pul göndərirəm.

Ailəmə görə ölkədən getməyə razılaşdım. Qızımı görə bilməmək ağırdır, amma belə olmalıdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"