"Azərbaycanda bir nömrəyəm! “Qarabala"ya dəstək olurlar, bizə yox"

10 Avqust 2021 20:20 Boks 1 076
"Azərbaycanda bir nömrəyəm! “Qarabala"ya dəstək olurlar, bizə yox"

"Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni, qarşımda dayanan boksçu yoxdur.

Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) deyib.

O bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) legionerlərlə müqayisədə azərbaycanlı boksçulara dəstək olmur:

"Olimpiadada dəstəksiz uğur qazanmaq mümkün deyil. Bu gün həmin "Qarabala" (Alfonso Dominges - red.) bizim adımızdan döyüşür, cəmi 2 döyüş keçirərək, 3-cü yerə çıxır.

İdmandan başı çıxmayanlar da baxıb, "Legioner olimpiadada medal qazandı" deyərək, onu təbrik edirlər. Amma bilmirlər ki, Azərbaycanın əsl igid oğlanları zərrə qədər dəstək almırlar.

Ona görə də kənarda qalırıq. Hansısa "Qarabala"ya isə kömək edirlər. Bunun kimlərə sərf etdiyini özləri yaxşı bilirlər. Hər şey federasiya rəhbərliyindən asılıdır, bunu onlar edirlər" (Report).

Cavid Çələbiyev Tokio olimpiadasında 1/4 finalda ermənistanlı Ovanes Baçkova uduzaraq, mübarizəni dayandırıb. Alfonso Dominges isə yarımfinaladək irəlilədiyi üçün bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti