Kubalının azərbaycanlı xanımı: “Ürəyim ağrıyırdı, baxa bilmirdim” - FOTOLAR

6 Avqust 2021 16:40 Boks 1 379
Kubalının azərbaycanlı xanımı: “Ürəyim ağrıyırdı, baxa bilmirdim” - FOTOLAR

“Mənim üçün onun hansı medalı qazanması o qədər də fərq etmir.

Əsas odur ki, sağ-salamat Bakıya qayıdacaq, heç bir zədəsi yoxdur. Üçüncü yer də böyük nəticədir”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a Tokio Olimpiadasında bürünc medal qazanmış Azərbaycan boksçusu Loren Berto Alfonso Dominqesin həyat yoldaşı Nigar Alfonso Dominqes deyib.

“Onun keçirdiyi görüşlərə baxmışam. Amma onda da bəzən baxırdım, bəzən də gözümü ekrandan çəkirdim. Ürəyim ağrıyırdı, baxa bilmirdim.

Mənim boks anlayışım yoxdur. Amma düşünürəm ki, yarımfinalda Kubadan olan rəqibinə uduzması yorğunluqdan irəli gəlirdi.

Dəqiq səbəbini bilmirəm. Özü ilə də danışmışam. Deyib ki, Bakıya gələcəyəm, ətraflı danışarıq. Mən də çox üstünə getmədim ki, daha da pis olmasın.

Bakıya gəldikdən sonra onunla hər hansısa plan qurmamışıq. Ancaq o, bununla dayanmayacaq, karyerasını davam etdirəcək, növbəti Olimpiadaya hazırlaşacaq” – Nigar Alfonso Dominqes deyib.

Cütlük bu ilin əvvəlində evlənib. Onlar pandemiya səbəbindən toysuz ailə həyatı qurublar. Ancaq hər iki tərəf tezliklə toy etməyi də düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!