Millimizin baş məşqçisi gileyləndi : "Bilmirəm onu hara bağlayaq" - VİDEO-AÇIQLAMA

20 İyul 2021 19:00 Boks 1 774
Millimizin baş məşqçisi gileyləndi : "Bilmirəm onu hara bağlayaq" - VİDEO-AÇIQLAMA

Azərbaycanın Tokio Olimpiadasında əsas medal ümidlərindən biri də boksçu Lorenso Sotomayordur.

Amma kubalı legionerin olimpiadadakı perspektivi haqda fikirlər birmənalı deyil. Bəziləri onun yaşının artıq 36-ya çatdığını vurğulayaraq Tokio rinqində fiziki cəhətdən "axsayacağını" qeyd edir.

Mediada isə daha çox Sotomayorun intizamsız davranışı, idman rejiminə əməl etməməsi, gecə həyatına meylli olması qabardılır.

Son ilyarımda Sotomayorun sosial şəbəkərlərdə idmançıya, olimpiya komandasının üzvünə yaraşmayan bir çox fotoları yayılıb.

Kubalı boksçu gah əlində "yüzlük" manat bağlamaları, gah pivə, gah da gecə klublarında qızlarla çəkilən fotolarla gündəmə gəlib

. Bəs, Olimpiya Oyunları ərəfəsində Sotomayorun "islah olunması" üçün milli komandanın məşqçiləri hansısa tədbir görtübmü?

Yığma komandanın böyük məşqçisi Nəriman Abdullayev Sportinfo.az-ın bu mövzuda suallarını cavablandırıb.

69 kq çəki dərəcəsində döyüşən Lorenso Sotomayor Tokio Olimpiadasında mübarizəyə şənbə günü- iyulun 24-də qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti