Yığmamızın üzvü Avropa çempionuna qalib gəlib finala yüksəldi

10 İyul 2021 00:56 Boks 1 290
Yığmamızın üzvü Avropa çempionuna qalib gəlib finala yüksəldi

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/2 final mərhələsinin döyüşlərinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) finala gedən yolda rumıniyalı Daniel Girleanu ilə üz-üzə gəlib.

1/8 finalda Arseni Oniyenkonu (Ukrayna), ardınca Fyodor Kamanini (Estoniya) məğlub edən boksçumuz rinqdən yenə qalib ayrılıb.

O, son Avropa çempionunu Girleanuya 4:1 (29:28, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə qalib gəlib.

Qasımzadə final döyüşündə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq.

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"