COP29

“Tokioda qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəm”

15 İyun 02:30 Boks 687
“Tokioda qazandığım bürünc medalı Parisdə qızıla çevirəcəm”

Yarışa çox yaxşı hazırlaşmışdım. Əlimdən gələni etdim ki, lisenziya əldə edim. Arzuma çatdığım üçün xoşbəxtəm.

Sportinfo.az xəbər verir ki, bu sözləri Tailandın paytaxtı Banqkokda keçirilmiş II Dünya Olimpiya Təsnifat Turnirində yarımfinala yüksələrək "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Alfonso Dominqes jurnalistlərə açıqlamasında deyib.

92 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, yarışda dünya ölkələrin ən güclü idmançıları mübarizə aparıb:

“Hər döyüşə psixoloji olaraq hazırlaşmışdım. Bütün görüşlərdə müəyyən qədər çətinliklər oldu.

Amma buna baxmayaraq, turnirdə ən böyük rəqibim elə özüm idim”.

İdmançı Paris Olimpiadasında gözləntilərini də açıqlayıb:

“2020-ci ildə keçirilmiş Tokio Olimpiya Yay Oyunlarında bürünc medal əldə etmişdim.

Çalışacam ki, Parisdə bunu qızıl mükafata çevirim. Həm özümə, həm komandama inanıram. Əminəm ki, Fransanın paytaxtından yaxşı nəticələrlə dönəcəyik”.

Bundan başqa Nicat Hüseynov (51 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Məhəmməd Abdullayev (+92 kiloqram) “Paris-2024” Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar.

Beləliklə Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!
12 İyul 11:00 Bir az bəri gəlin...
12 İyul 08:20 Daha bir transfer etdi
12 İyul 08:10 Millimiz yarımfinalda
12 İyul 01:00 "Sabah" icarəyə verdi