Yığmamızın üzvlərindən biri finala yüksəldi, ikisi yarımfinal görüşünə çıxmadı

8 İyun 2021 02:24 Boks 840
Yığmamızın üzvlərindən biri finala yüksəldi, ikisi yarımfinal görüşünə çıxmadı

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalına yüksəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü döyüşə çıxmadan bu hüquqa yiyələnib. Buna rəqibinin qarşılaşmadan imtinası səbəb olub.

Hər iki boksçu Tokio-2020-yə lisenziyaya yiyələndiyindən, İspaniyanı təmsil edən Qazimaqomed Jalidov Domingeslə mübarizədən imtina edib.

Yığmanın digər boksçularından Lorenso Sotomayor (69 kq) Andrey Zamkovoyla (Rusiya), Məhəmməd Abdullayev (+91 kq) isə Murad Əliyevlə (Fransa) yarımfinal görüşünə qatılmayacaq.

Olimpiadaya lisenziyanı təmin edən idmançılar zədə səbəbindən rinqə çıxmayacaqlarından, bürünc medalla kifayətləniblər.

Turnirin final döyüşləri iyunun 8-də olacaq. Kişi boksçulardan ibarət milli komandanın 5 üzvü Tokio-2020-də iştiraklarını rəsmiləşdiriblər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"