Azərbaycan komandası 4-cü lisenziyanı qazandı - Tokio-2020

7 İyun 2021 01:10 Boks 926
Azərbaycan komandası 4-cü lisenziyanı qazandı - Tokio-2020

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.

Sportinfo.az xəbər verir ki, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.

Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub.

69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionovu məğlub edib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti