Əli erməni rəqibini asanlıqla məğlub etdi - FOTOLAR

14 Aprel 2021 16:40 Boks 846
Əli erməni rəqibini asanlıqla məğlub etdi - FOTOLAR

Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.

Sportinfo.az xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib. O, növbəti raundda tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.

Dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi bokçu ilə təmsil olunur.

Digər Xəbərlər
Xəbər Lenti