Legionerlərə görə millini tənqid etdi: “Bizimkilər belə şeylərdən inciyir, küsür” - VİDEO

7 Aprel 2021 09:20 Boks 620
Legionerlərə görə millini tənqid etdi: “Bizimkilər belə şeylərdən inciyir, küsür” - VİDEO

"CBC Sport" kanalında yayımlanan "Olimpiya Günü" verilişində Azərbaycan boksundakı hazırkı durum müzakirə olunub.

Sportinfo.az xəbər verir ki, verilişə müsahibə verən 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Vüqar Ələkbərov milli komandamıza legionerlərin gətirilməsini tənqid edib.

O, belə halların yerli idmançıları həvəsdən saldığını deyib: "Baxmayaraq ki, Azərbaycana dəvət olunan kubalı Lorenzo Sotomayor Olimpiya Oyunlarının gümüş mükfatçısıdır, onu bizim boksçuların bir neçəsi məğlub edib.

O cümlədən, Elnur da Sotomayoru nokauta salıb. Bu gün Elnurun küsüb getmə səbəbi də bizim məşqçilər heyətindəki çalışdırıcının kubalı olduğu üçün Sotomayorun həmin çəkidəki yeri tutmasıdır.

Azərbaycan boksçuları da belə şeylərdən inciyir, küsür. Milliyə 95 kq çəki dərəcəsində yeni legioner gətiriblər. O, heç bir beynəlxalq arenada öz sözünü deməyib.

Azərbaycanda həmin şəxsi də uda biləcək səviyyədə yerli boksçularımız var. Hansı ki, onlar bu gün təlim-məşq toplanışlarından kənarda qalıblar.

Niyə? Çünki baş məşçqi legioner - kubalıdır. Onun da öz yetirmələri kimi həmyerliləri ilə Azərbaycan boksunu təmsil etmək niyyəti var".

Digər Xəbərlər
Xəbər Lenti