Döyüşdü, döydü, Qarabağdakı qələbədən danışdı - VİDEO

11 Dekabr 2020 23:20 Boks 727
Döyüşdü, döydü, Qarabağdakı qələbədən danışdı - VİDEO

Türkiyənin İstanbul şəhərində peşəkar boks yarışı keçirilib.

Sportinfo.az xəbər verir ki, bu yarışda üç azərbaycanlı boksçu yarışıb.

Dörd raunddan ibarət olanda döyüşdə hər üç idmançımız qalib gəlib. Belə ki, Rauf Ağayev (-56 kq) özbəkistanlı Məhəmmədyunis Daşpoladova, Yusif Əhmədov (-72 kq) Türkiyəni təmsil edən alban Hacı Baykaraya və İsmət Eynullayev (-76 kq) özbəkistanlı İsgəndər İsakova texniki nokautla qalib gəlib.

Şuşa döyüşləri zamanı könüllü olaraq iştirak etmiş Rauf Ağayev qələbəsini şəhid və qazilərimizə həsr edib. Həmçinin təşkilatçı Sərdar Avcı da Azərbaycanın Qarabağdakı qələbəsinin Türkiyənin də zəfəri olduğunu bildirib, bizim “iki dövlət, bir millət” olduğumuzu xatırladıb.

Digər Xəbərlər
Xəbər Lenti