Yarışda və cəbhədə düşmənin belini qıran qazi Yusif - VİDEO

3 Dekabr 2020 17:20 Bizimkilər 812
Yarışda və cəbhədə düşmənin belini qıran qazi Yusif - VİDEO

Karate idman növü üzrə 4 qat dünya, 2 qat Avropa çempionu, Ulu öndərin adını daşıyan "Heydər Əliyev" kəmərinin sahibi Yusif Əhmədov cəbhəyə dörd dəfə rəsmi müraciət etdikdən sonra aparılıb.

Sportinfo.az xəbər verir ki, döyüşlərdə düşmənə qarşı qəhrəmanlıqla vuruşaraq, yaralanan qazimiz hazırda müalicə alır.

Yusif Əhmədov illər öncə həqiqi hərbi xidmət keçdiyi dövrdə kəşfiyyat tağımında olub. İkinci Qarabağ savaşında ərazilərimizin işğaldan azad olunması istiqamətində keçirilən əməliyyatlarda fəal iştirak edib. Son döyüşünü isə o, Xocavənd rayonunda aparıb.

Bu gün çempion qazimizin ayaq və bel nahiyələrində sınıqları var. Düşmən mərmisi qəhrəman qazimizin yaxınlığına düşüb. Artıq bədəninin yaraları sağalır, normal həyata qayıdır.

Qəhrəmanımız həm yarış meydanında, həm də cəbhədə düşmənin cavabını verdiyi üçün qürurludur.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR