Yığmamızın futbolçusu “Rayo Valyekano”nu məyus etdi - FOTO

26 Oktyabr 2020 11:34 Bizimkilər 594
Yığmamızın futbolçusu “Rayo Valyekano”nu məyus etdi - FOTO

İspaniya 2-ci liqasında 8-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qolunu da 47-ci dəqiqədə Eddi vurub.

“Albasete” 8 turdan sonra 8 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"