İki azərbaycanlı xaricdə: Biri istədi, digəri hədiyyə etdi - VİDEO

9 Aprel 11:40 Bizimkilər 906
İki azərbaycanlı xaricdə: Biri istədi, digəri hədiyyə etdi - VİDEO

«LKS Lodz»un müdafiəçisi Rahil Məmmədov Polşada azərbaycanlı azarkeşi sevindirib.

Sabiq «Qarabağ»lı Ekstraklasanın 27-ci turu çərçivəsində «Krakoviya» ilə keçirilən görüşdən (2:2) sonra tribunadan onu səsləyən soydaşımıza forma hədiyyə edib.

Millimizin üzvü həmin şəxsə yaxınlaşaraq, geyimini əynindən çıxarıb və ona bağışlayıb.

Bu görüntülər sosial şəbəkələrə də «ayaq açıb» və maraqla qarşılanıb. İzləyicilər etdiyi jestə görə Rahilin ünvanına çoxsaylı tərifli rəylər yazıblar.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti