"Turnir çox çətin keçsə də, qələbə qazana bildik".
Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində söyləyib.
"Həqiqətən hər şey çətin oldu. Bir az da bəxtimiz gətirdi.
Komandamız yaxşı oyun göstərdi. Bu qalibiyyətə layiqli komanda biz idik.
Biz ötən ildən hegemonluğumuzu göstəririk. Rumıniya və digər ölkələrin komandaları bizdən qorxmalıdırlar.
Bizim məqsədimiz Avropanın minifutbol xəritəsinə "Birbaşa"nı salmaqdır. Təbii ki, biz gələn il də bu qalibiyyəti əldə etmək üçün çalışacağıq.
Bundan sonra iki gün istirahət edib, məşqlərimizə başlayacağıq. Bundan sonra var gücümüzlə Azərbaycan çempionatına hazırlaşacağıq", – o vurğulayıb.
Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olmuş “Birbaşa Bakı” vətənə qayıdıb.
Dani Marius Mitunun yetirmələri Çempionlar Liqasının finalında Çexiyanın “Brno” komandasını minimal fərqlə üstələmişdilər – 2:1. Azərbaycan təmsilçisi finala gedən yolda Ukraynanın “Andezit” komandasının öhdəsindən gəlmişdi.