Millimizin hücumçu “Lex” önündə - Qol vurmasa da…

28 Aprel 2025 02:10 Bizimkilər 5 456
Millimizin hücumçu “Lex” önündə - Qol vurmasa da…

Polşada Ekstraklassa-nın 30-cu turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçuları - Renat Dadaşov və Rahil Məmmədovun çıxış etdiyi "Radomyak" doğma meydanda "Lex"i qəbul edib.

Qarşılaşma məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.

Dadaşov start heyətində meydana çıxıb və komandası 0:2 hesabı ilə geridə olarkən 65-ci dəqiqədə əvəzlənib. Məmmədov isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.

Hazırda "Radomyak" 36 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu