Rahil cəzalandı, komandası ardıcıl 4-cü məğlubiyyəti aldı

24 Avqust 2024 09:20 Bizimkilər 833
Rahil cəzalandı, komandası ardıcıl 4-cü məğlubiyyəti aldı

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun da formasını geyindiyi "Radomyak" Polşa çempionatında növbəti matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, Radom təmsilçisi 6-cı turda "Vidzev"in qonağı olub.

Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da "Radomyak" ardıcıl 4-cü matçda xalsız qalıb.

Start heyətdə meydana çıxan Rahil 89-cu dəqiqədə Radoslav Cielemecki ilə əvəzlənib. Məmmədov 41-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

1 oyun az keçirən "Radomyak" hazırda turnir cədvəlində 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti