Yığmamızın oyunçusu tanınmış komanda ilə qarşılaşmada yer aldı - VİDEO

17 Aprel 2024 08:40 Bizimkilər 679
Yığmamızın oyunçusu tanınmış komanda ilə qarşılaşmada yer aldı - VİDEO

Bolqarıstan çempionatında 29-cu turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə lider "Ludoqorets"in qonağı olub.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Cəlal Hüseynov da bu görüşün iştirakçısı olub. 20 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

29 turdan sonra 39 xal toplayan "Arda" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!