Nəriman Axundzadəyə ABŞ-da xüsusi münasibət

19:00 Bizimkilər 178
Nəriman Axundzadəyə ABŞ-da xüsusi münasibət

ABŞ-da legioner həyatı yaşayan Nəriman Axundzadə okeanın o tərəfində xüsusi münasibət görüb.

Təkcə orada yaşayan həmvətənlərimiz gənc hücumçuya sahib çıxmayıb.

Həm də Azərbaycanın Amerika Birləşmiş Ştatlarında olan səfiri Xəzər İbrahim sabiq "Qarabağ"lıya ilk günlərdə diqqət göstərib.

Belə ki, səfir şəxsən 21 yaşlı futbolçuya zəng edib.

Telefon əlaqəsi zamanı onun əhvalını soruşub, nəyəsə ehtiyacı olarsa dəstək göstərməyə hazır olduğunu bildirib.

Səmimi danışıqda Xəzər İbrahim onun ABŞ-da futbol həyatına davam etməsindən məmnunluğunu ifadə edib.

Nəriman bu ilin fevral ayından MLS təmsilçisi "Kolambus Kru"nun şərəfini qoruyur.

O, burada keçirdiyi 9 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti