Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nun 36-cı turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Arda "Çerno More"nin qonağı olub.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Cəlal Hüseynov matça start heyətində çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Arda" 54 xalla 6-cı pillədə qərarlaşıb.
"Çerno More" - "Arda" 2:3
Qollar: A.Donçev, 8, D.Teles, 56 // B.Karaqaren, 46, 53, S.Yusein, 72

