Ukrayna ordusuna əsir düşən azərbaycanlı kömək istədi - VİDEO

08:10 Bizimkilər 88
Ukrayna ordusuna əsir düşən azərbaycanlı kömək istədi - VİDEO

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən şəxslər arasında Azərbaycan vətəndaşı da var.

Bu barədə Ukrayna jurnalisti Yuri Butusov məlumat yayıb.

Əsir düşən şəxs 1982-ci il təvəllüdlü Əhmədov Azər Arzuman oğludur. Onun Rusiya ordusunun tərkibində döyüşdüyü bildirilir.

Paylaşıma Azər Əhmədovun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı videomüraciət də əlavə edilib. Müraciətdə Ukrayna ərazisində əsirlikdə saxlanılan azərbaycanlı vətəndaşın vətənə qaytarılması üçün rəsmi Bakının vasitəçilik göstərməsi xahiş edilir:

“Gəncədə anadan olmuşam, Sankt-Peterburqda yaşayıram. Səhv, axmaqlıq edib Rusiya Federasiyası ilə müqavilə bağlamışam. Mən əsir düşmüşəm. Xahiş edirəm ki, məni Ukraynadan çıxarasınız. Anam tək qalıb, başqa heç kimim yoxdur. Mənə vətənimə qayıtmağım üçün köməklik göstərin”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 18:10 Çək və bizə göndər!