Mahir Emreli “Şalke” ilə matça çıxmadı, üzləri gülmədi

01:10 Bizimkilər 74
Mahir Emreli “Şalke” ilə matça çıxmadı, üzləri gülmədi

Almaniya II Bundesliqasında 19-cu tur çərçivəsində "Kayzerslautern" səfərdə "Şalke-04"ün qonağı olub.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" rəqibi ilə heç-heçəyə razılaşıb.

Gərgin keçən qarşılaşma 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 39-a çatdıran "Şalke-04" hazırda Almaniya ikinci divizionunun turnir cədvəlinə başçılıq edir. "Kayzerslautern" isə 31 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Zədəli olan Mahir Emreli bu görüşdə iştirak etməyib.

Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qüvvədədir.

"Şalke" – "Kayzerslautern" 2:2

Qollar: E.Dzeko, 87, K.Karaman, 90 – İ.Prtayin, 61, 83

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Yanvar 20:00 Çək və bizə göndər!
25 Yanvar 01:00 "Neftçi"dən 100-cü...