Millimizin sabiq forvardı Almaniyada qol vurdu, qazandılar

25 Yanvar 08:50 Bizimkilər 823
Millimizin sabiq forvardı Almaniyada qol vurdu, qazandılar

Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşovun da formasını geyindiyi “Dinamo” (Berlin) qış təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, berlinlilər "Klosterfeld"lə qarşılaşıb və 4:2 qalib gəlib.

Dadaşov komandasının ikinci qolunu vurub.

"Dinamo"nun yarışdığı Regionalliqa Nordeastdə mövsümün ikinci yarısı yanvarın 30 yanvarda başlayacaq və 20-ci turun oyunlarına start veriləcək.

Dadaşovun komandası "Proyssen"lə qarşılaşacaq. Berlin təmsilçisi hazırda 17 xalla turnir cədvəlində 15-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM