Mahir Emreli ilə "Roma"nın yolu nə vaxt kəsişəcək?

01:20 Bizimkilər 132
Mahir Emreli ilə "Roma"nın yolu nə vaxt kəsişəcək?

Mahir Emrelinin müqavilə imzaladığı "Kayzerslautern” yeni mövsüm öncəsi bir neçə təlim-məşq toplanışı və yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” iyunun 28-də “Hermersberq”lə ilk yoldaşlıq görüşünü keçirəcək.

İyulun 5-də komanda Reutlingenin 120 illiyi şərəfinə mini-turnirdə iştirak edəcək və burada “Sankt-Qallen”lə (İsveçrə) ilə qarşılaşacaq.

İyulun 12-də “Kayzerslautern” daha bir yoldaşlıq oyununu “Notts Kaunti”yə qarşı oynayacaq. İyulun 13-dən 20-dək “qırmızı şeytanlar” Cənubi Tirolda (İtaliya) olacaq və burada iyulun 19-da A Seriyasının “Cenoa” klubu ilə üz-üzə gələcək.

Kayzerslauternə qayıtdıqdan sonra eyniadlı komanda A Seriyasının digər təmsilçisi “Roma” ilə 125 illik yubileyi şərəfinə son hazırlıq matçına çıxacaq.

Bu oyun iyulun 26-da təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!