Transferi açıqlandı, dedi: “Klub mənim üçün çox çalışdı, hiss etdim ki…” - FOTOLAR

25 İyun 2025 11:40 Bizimkilər 825
Transferi açıqlandı, dedi: “Klub mənim üçün çox çalışdı, hiss etdim ki…” - FOTOLAR

“Kayzerslautern” böyük bir klubdur.

Mən Almaniyaya gəlməmişdən əvvəl də bu komandanı tanıyırdım”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli yeni klubu “Kayzerslautern”ə (Almaniya) keçidi barədə danışarkən deyib.

O, klubun saytına açıqlamasında bildirib:

“Keçən mövsüm “Nürnberq”lə bu stadionda oynayanda azarkeşlərin enerjisini, arenanın atmosferini hiss etdim. Bu, təsirli idi və kluba keçmək qərarımda mühüm rol oynadı.

Üstəlik, “Kayzerslautern” mənim üçün çox çalışdı. Bir çox yaxşı söhbətlərimiz oldu və mənə böyük etimad göstərildiyini hiss etdim.

Bu etimadı meydanda qaytarmaq istəyirəm. Artıq ilk oyuna başlamağı səbirsizliklə gözləyirəm.

Əlimdən gələni edəcəyəm və komandamızın məqsədlərinə çatmasında pay sahibi olmağa çalışacağam”.







Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti