"Kayzerslautern"in idman direktoru: "Mahir bir çox təklif alsa da…” - FOTOLAR

01:00 Bizimkilər 189
"Kayzerslautern"in idman direktoru: "Mahir bir çox təklif alsa da…” - FOTOLAR

"Kayzerslautern" Mahir Emreli ilə rəsmi müqavilə imzalayıb.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytında Azərbaycan millisinin hücumçusu ilə bağlı paylaşım edilib.

27 yaşlı futbolçu alman təmsilçisi ilə 3 illik razılıq əldə edib. Mahir "Kayzerslautern"də 10 nömrəli formanı geyinəcək.

Klubun idman direktoru Marsel Klos transferlə bağlı açıqlama verib: "Mahirin bir çox təkliflərə baxmayaraq komandamıza qoşulmasına görə çox şadıq.

O, əvvəlki komandalarda, xüsusilə, "Nürnberq"də vurduğu qollarla diqqəti cəlb edib.

Onun sürəti və bitiricilik bacarığı hücum xəttində bizə çox fayda verəcək. Emrelinin təcrübəsi meydandan və ondan kənarda böyük rol oynayacaq".

Mahir ötən mövsümü 2-ci Bundesliqada "Nürnberq"də keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!