Asiya klubu üçüncü azərbaycanlı futbolçunu sıralarına qatdı

25 İyun 2025 08:30 Bizimkilər 1 901
Asiya klubu üçüncü azərbaycanlı futbolçunu sıralarına qatdı

Azərbaycanlı yarımmüdafiəçi Nazim Məmmədzadə Polşadan ayrılıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimiz “Flota”da qalası olmayıb.

24 yaşlı futbolçu Qırğızıstana yollanıb. O, bu ölkənin “Alay” ilə anlaşıb.

Qeyd edək ki, həmin komandada digər azərbaycanlılar İldar Ələkbərov, Ramin Əhmədov, Habil Nurəhmədov çıxış edir.

Nazim “Neftçi-2”, “Renova”(Şimali Makedoniya), “Marino Luanko”, “Moralo”(hər ikisi İspaniya), MOİK, “Qrobinya”(Latviya) klublarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu