“Pul qazana, şan-şöhrət sahibi ola bilirsən, Mahiri nümunə göstərirəm”

24 İyun 23:40 Bizimkilər 256
“Pul qazana, şan-şöhrət sahibi ola bilirsən, Mahiri nümunə göstərirəm”

«Futbolçu psixologiyası digər növlərdəki idmançıların psixologiyasından fərqlənir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və «Bakı»nın sabiq müdafiəçisi Əziz Quliyev deyib.

Hazırda Rusiyada seleksiyaçı məşqçi kimi fəaliyyət göstərən həmyerlimiz «gələcək nəslin nümayəndələri nə vəd edir» sualına cavabında aşağıdakıları söyləyib:

«Vladiqafqazda böyük meydaçanı icarəyə götürmüşəm, uşaqlarla sırf özüm məşğul oluram. Futbolçu karyeramda öyrəndiklərimi, məşqçilərdən görüb-götürdüklərimi tətbiq edirəm.

Əsasən fiziki hazırlıq üzərində çalışırıq. Bu yaşda ən vacibi fiziki hazırlığın yerində olmasıdır.

Hazır edib akademiyalara göndərirəm. Tək işləyirəm deyə, maksimum 5-6 uşaq götürürəm.

İstəsəm, 30 uşaq da yazılar. Ancaq mənim üçün keyfiyyət önəm daşıdığı üçün az uşaqla çalışmağa üstünlük verirəm ki, hamısına diqqət ayıra bilim.

Futbolda daha erkən – 17-18 yaşlarında pul qazana, şan-şöhrət sahibi ola bilirsən. Ona görə psixoloji hazırlığa diqqət yetirmək lazımdır.

Buradakı uşaqlara hər zaman Mahir Emrelini nümunə göstərirəm».

Rusiyada dünyaya gəlmiş Əziz vaxtilə Azərbaycan U-21-nin şərəfini qoruyub. Berti Foqtsun dönəmində bir neçə dəfə əsas yığmanın toplanışlarına cəlb olunub,

2009/10 mövsümündə “Bakı” ilə ölkə kubokunu başı üzərinə qaldırıb, daha sonra ”Neftçi”nin formasını geyinib. Əlqərəz, 2007-ci ildə Rusiyadan Azərbaycana gəlib, 2018-ci ildə buranı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyun 18:10 Çək və bizə göndər!