
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyaya yollanıb.
27 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Forvard Türkiyədəki hava limanından Almaniyanın Ştutqart şəhərinə yola düşüb. O, oradan Kayzerslauternə gedəcək.
\Son olaraq II Bundesliqada "Nurnberq"in uğurları üçün çalışan Mahir Emreli bu çempionatın digər iştirakçısı "Kayzerslautern" ilə anlaşmağa ümumən yaxındır.
Bəzi detallar qalıb, bu da əsasən müqavilənin müddəti ilə bağlıdır. Belə ki, yığmamızın 28 yaşlı üzvü 1+2 illik kontrakta imza atmağı planlaşdırır.
"Kayzerslautern" isə Mahirin minimum 2 il onlara məxsus olmasını istəyir. Təklif edirlər ki, 2027-ci ilin yayınadək işlər qaydasında getsə, həmin vaxt sözləşməni daha 1 il uzatsınlar.
Hələlik tərəflər arasında danışıqlarda açıq qalan yeganə məsələ budur. Maliyyə şərtləri bir müddət qabaq razılaşdırılıb.
"Kayzerslautern" 2024/2025 mövsümündə Almaniya II Bundesliqasında 34 oyundan 53 xalla 7-ci yeri tutub.
Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" isə 48 xalla 10-cu olub. O, komandanın heyətində II Bundesliqada 10, Almaniya Kubokunda 1 qol vurub.
SPORTİNFO.AZ