
"Ankaragücü" Həsən Nəzərovla bağlı qərar verib.
Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi U-19 komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi ilə peşəkar müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Birinci Liqa təmsilçisi azərbaycanlı futbolçu ilə imzalanan sözləşmənin müddəti və detalları barədə məlumat verməyib.
Həsən Nəzərov 2023-cü ildə "Ankaragücü"nün akademiyasına qoşulub. Gənc oyunçu ötən ilin yayından əsas komandada çıxış edir.