Azərbaycan yığmasının gündəmində olan qapıçı belə bir QƏRAR VERDİ

14:20 Bizimkilər 404
Azərbaycan yığmasının gündəmində olan qapıçı belə bir QƏRAR VERDİ

AFFA-nın milliyə cəlb etmək istədiyi İslam İmamov “SKA-Xabarovsk”dan ayrılmayıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı qolkiperə bir neçə təklif olsa da, hazırkı komandasında qalmağa üstünlük verib.

Son mövsüm 27 matçda meydana çıxan İmamov 32 qol buraxıb, 10 görüşdə isə qapısını toxunulmaz saxlayıb. Həmyerlimizin “SKA-Xabarovsk”la müqavilə müddəti bu ayın sonunda başa çatacaqdı.

Yeni müqaviləyə əsasən, o, gələn il iyunun 30-na qədər Xabarovsk təmsilçisinə məxsus olacaq.

İslam karyerası ərzində “Legion-Dinamo”, “Zvezda”(Sankt-Peterburq), “Kuban Holdinq” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti