Azərbaycanlı milyonçu klub satın aldı, tanış baş məşqçini gətirdi

23 İyun 11:20 Bizimkilər 858
Azərbaycanlı milyonçu klub satın aldı, tanış baş məşqçini gətirdi

Sergey Yuran "Serik Belediyespor"a baş məşqçi təyin olunacaq.

Sportinfo.az xəbər verir ki, Rusiya mətbuatının yaydığı məlumata görə, 2011-ci ildə Azərbaycanda "Simurq"un da baş məşqçisi olmuş 56 yaşlı mütəxəssis karyerasını Türkiyənin II Liqasında davam etdirəcək.

Klubun 50%-lik payını daha əvvəl "Ximki"yə də sərmayə yatırmış iş adamı Tufan Sadıqov satın alıb. Sadıqov bu pay üçün 4 milyon avro ödəyib.

2024/25 mövsümündə komanda Türkiyə III Liqasının qalibi olub və növbəti mövsüm II Liqada çıxış edəcək.

Yaxın günlərdə Yuranın baş məşqçi təyinatı rəsmi olaraq elan olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!