Azərbaycanlı Almaniya - İtaliya oyununa təyinat aldı

21 İyun 09:00 Bizimkilər 315
Azərbaycanlı Almaniya - İtaliya oyununa təyinat aldı

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq. İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu