Azərbaycanlı iş adamı 4 milyon avroya bu ölkədə klub alır

19 İyun 11:20 Bizimkilər 1 487
Azərbaycanlı iş adamı 4 milyon avroya bu ölkədə klub alır

Növbəti mövsümdə Türkiyə 1-ci Liqasında çıxış edəcək "Serik Bələdiyyəspor"un hissələrinin 50 faizinə azərbaycanlı iş adamı sahib çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatında məlumat yer alıb.

Adı açıqlanmayan həmyerlimizin bunun üçün 4 milyon ödəyəcəyi bildirilib.

Baş məşqçisi Mehmet Altınparmakla yollarını ayıran "Serik Bələdiyyəspor"u növbəti mövsümdə rusiyalı mütəxəssisin çalışdıracağı gözlənilir.

Türkiyə mətbuatının iddiasında görə, azərbaycanlı biznesmen əvvəlcə "Antalyaspor"un hissələrinə sahib olmaq istəsə də, arzusu reallaşmayıb. Nəticədə şəhərin digər təmsilçisi ilə danışıqlara start verilib.

Digər Xəbərlər
Xəbər Lenti