"Zirə" və "Araz-Naxçıvan"a elə güclü rəqiblər düşdü ki...

18 İyun 2025 16:40 Bizimkilər 3 347
"Zirə" və "Araz-Naxçıvan"a elə güclü rəqiblər düşdü ki...

Bu gün "Zirə" və "Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri məlum olub.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçirilib.

Azərbaycan təmsilçiləri səpələnməmişlər səbətində yer alıblar. Bu isə onların nisbətən daha yuxarı reytinqli komandalardan birinə rəqib edib.

"Zirə" Xorvatiyadan "Hayduk"a rəqib olub. Qəsəbə təmsilçisi ilk matçı evdə keçirəcək.

"Araz-Naxçıvan" isə Yunanıstandan "Aris" ilə qarşılaşacaq. Elmar Baxşıyevin komandasının da ilk oyunu evdə olacaq.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24 və 31-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!