Azərbaycanda hər uşağa görə 140 manat veriləcək - ONLARA

13 İyun 2025 08:30 Bizimkilər 737
Azərbaycanda hər uşağa görə 140 manat veriləcək - ONLARA

Azərbaycanda çoxuşaqlı anaların aylıq müavinətləri artırılıb.

Bu, Prezident İlham Əliyevin iyunun 12-si imzaladığı sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərmanda öz əksini tapıb.

Sənəddə qeyd olunur ki, beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat müavinət təyin edilsin.

Bunadək çoxuşaqlı anaların aylıq müavinətləri hər uşağa görə 105 manat təşkil edirdi.

Sözügedən dəyişiklik iyulun 1-dən qüvvəyə minəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu