Mahirin 10 qolundan üçü “TOP-10”da - VİDEO

11 İyun 2025 00:50 Bizimkilər 678
Mahirin 10 qolundan üçü “TOP-10”da - VİDEO

“Nürnberq" 2-ci Bundesliqanın 2024/2025 mövsümündə komandanın 10 ən yaxşı qolunu seçib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin 3 qoli siyahıda yer alıb.

28 yaşlı hücumçunun “Kayserslautern”in qapısından keçirdiyi top 3-cü pillədə qərarlaşıb. Mahirin "Qroyter"lə matçda vurduğu qol 5-ci, “Hamburq”la oyundakı qolu isə 9-cu pilləni tutub.

Emreli bir mövsüm keçirdiyi "Nürnberq"də 24 oyunda 10 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu