AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında

10 İyun 2025 02:10 Bizimkilər 848
AFFA əməkdaşları Qazaxıstan Futbol Federasiyasının inzibati binasında

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları Qazaxıstanda UEFA-nın Təcrübə Mübadiləsi Proqramında (UEFA Club Licensing Exchange Programme) iştirak ediblər.

Sportinfo.az xəbər verir ki, bu, 2024-cü ilin oktyabrında Bakıda keçirilən ilk görüşün davamı olaraq təşkil olunub.

Nümayəndə heyəti Qazaxıstan Futbol Federasiyasının (QFF) inzibati binası və meydançaları, Almatıda yerləşən “Kayrat”ın təlim-məşq bazası və Qazaxıstan milli komandasının təlim-məşq mərkəzi ilə tanış olub.

AFFA əməkdaşları QFF-nin Klubların Lisenziyalaşdırılması Departamenti, Yarışların Təşkili, Qadın Futbolu, Həvəskar Futbol və Sosial Məsuliyyət, Texniki Departament, Kütləvi Futbol və digər struktur bölmələrin əməkdaşları ilə görüşlər keçirib, praktiki təcrübə mübadiləsi aparıblar.

Proqramda UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə meneceri Anna Polatovska da iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu