Ağayev DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinat aldı

8 İyun 2025 13:35 Bizimkilər 765
Ağayev DÇ-2026-nın seçmə mərhələsinin oyununa təyinat aldı

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsinin K qrupunda keçiriləcək Serbiya – Andorra qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Matçın VAR hakimləri italiyalı Canluka Aureliano və Valerio Marini olacaqlar.

Görüş iyunun 10-da Leskovaç şəhərində yerləşən “Duboçiça” stadionunda, Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!