
2025/26 mövsümündə Azərbaycanın UEFA-nın klub yarışlarındakı bütün iştirakçıları müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu, ölkə kubokunun finalının “Qarabağ” - “Sabah” matçından (2:3) sonra bəlli olub.
“Qarabağ” ölkə çempionu qismində Çempionlar Liqasında, “Sabah” kubokun qalibi kimi Avropa Liqasında, 2 və 3-cü yerləri tutan “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasında yarışacaq.
“Qarabağ” Çempionlar Liqasına 2-ci, “Sabah” Avropa Liqasına 1-ci, “Zirə” və “Araz Naxçıvan” isə Konfrans Liqasına 2-ci mərhələdən başlayacaq.
“Qarabağ”, “Zirə” və “Araz Naxçıvan”ın ilk rəqibləri iyunun 18-i, “Sabah”ın rəqibi isə iyunun 17-də keçiriləcək püşkatmada məlum olacaq.
“Sabah” mübarizəyə ən tez qoşulan klubumuz olacaq. Avroliqada 1-ci mərhələnin ilk və cavab matçları 10 iyul və 17 iyulda olacaq.
“Qarabağ”ın 2-ci mərhələdə ilk matçı 22 və ya 23 iyul, cavab oyunu 29 və ya 30 iyulda keçiriləcək.
“Zirə” və “Araz Naxçıvan”ın ilk oyunu 24 iyul, cavab görüşləri 31 iyulda təşkil olunacaq.