Ordumuz atəş açmayıb - MN daha bir açıqlama yaydı

31 May 2025 08:20 Bizimkilər 503
Ordumuz atəş açmayıb - MN daha bir açıqlama yaydı

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

“Mayın 30-da gecə saat 00:10-dan 01:00-dək Azərbaycan Ordusunun bölmələrinin guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması nəticəsində yaşayış evinə ziyan dəyməsi və bir xırdabuynuzlu heyvanın tələf olması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhalini və mülki obyektləri heç zaman hədəf almır” - məlumatda deyilir.

Ötən gün də Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yaymışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!