Bəylik kəndinə növbəti köç - FOTOLAR

30 May 07:20 Bizimkilər 185
Bəylik kəndinə növbəti köç - FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr Laçın rayonunun Bəylik kəndinə köç ediblər.

Bu mərhələdə Bəylik kəndinə 41 ailə - 163 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.








Digər Xəbərlər
Xəbər Lenti