Millimizin oyunçusunun yeni klubunda alacağı maaş – RƏQƏM BURADA

28 May 09:40 Bizimkilər 1 332
Millimizin oyunçusunun yeni klubunda alacağı maaş – RƏQƏM BURADA

Yaxınlarda HİK-dən (Finlandiya) ayrılan Ozan Can Kökcünün yeni klubu məlum olub.

Azərbaycan millisinin vingeri karyerasını yenidən Niderlandda davam etdirəcək.

26 yaşlı oyunçu "Volendam"a keçib. Niderlandın yüksək liqasına vəsiqə qazanan klubla 1+1 illik müqavilə imzalayıb.

Finlandiyaya gedənədək bu ölkədə "Eyndhoven"in şərəfini qorumuş Ozan Can "Volendam"da qaz vurub, qazan doldurmayacaq.

Elitanın yeni iştirakçısı yığmamızın üzvünə hər ay 7000 avro əməkhaqqı ödəyəcək.

Əgər o, ilk sezonda keçiriləcək oyunların əksəriyyətində forma geyinərsə, həm sözləşməsi avtomatik 1 il uzadılacaq, həm də maaşını bir qədər artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti